Yunanıstanın Azərbaycana yeni səfiri təyin edilib

12:21 - 7 Dekabr 2022 - SİYASƏT

Kristo Kapodistria Yunanıstanın Azərbaycandakı yeni səfiri təyin edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov sosial şəbəkələrdə məlumat verib.

“Bakıdakı yunan həmkarım cənab Xristo Kapodistriasa Azərbaycan və Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişafında uğurlar arzulayıram!” – yazıb Ə.Hüseynov.

Kristo Kapodistrias Yunanıstanın Azərbaycandakı diplomatik missiyasının rəhbəri vəzifəsində Nikolas Piperiqosu əvəz edəcək.

Xəbər xətti