Bakıda qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxundu

Bakıda qətl törətməkdə təqsirləndirilən Asəf Cəfərzadəyə hökm oxunub və o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə bu il fevralın 8-də Bakının Qaradağ rayonu ərazisində qeydə alınıb.

1979-cu il təvəllüdlü Asəf Cəfərzadə tanışı, 1983-cü il təvəllüdlü Qənəət Fərmanovanı şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqlanaraq qətlə yetirilib.

Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Asəf Cəfərzadə saxlanılıb.

Tarix
6 Dekabr 2022 [19:35]
Müəllif
Üç nöqtə
2022-12-06 19:35:09
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin