Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsi çərçivəsində Fransa və Polşa yığmaları qarşılaşıb.
Ucnoqta.az xəbər verir ki, Olivye Jirunun ilk hissənin son dəqiqələrində vurduğu qol Fransa millisini önə çıxarıb. Oyunun 74-cü və 90+1-ci dəqiqələrində Kilian Mbappenin qolları ilə "xoruzlar" hesabı artırıb. İkinci hissənin artırılmış 9-cu dəqiqəsində Levandovskinin penaltidən vurduğu qolla hesab arasında fərq azalıb (1:3).
Bu qələbə sayəsində Fransa millisi 1/4 final mərhələsinə vəsiqə qazanıb.