Abşeronda evdə yanğın olub

20:43 - 3 Dekabr 2022 - HADİSƏ

Abşeronda yanğın hadisəsi baş verib.

Ucnoqta.az FHN-nin saytına istinadən xəbər verir ki, rayonun Görədil kəndində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbli evin 1-ci mərtəbəsində taxta konstruksiyalardan ibarət hamam otağı 50 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti