Azərbaycanda ər arvadını bıçaqladı

09:40 - 1 Dekabr 2022 - HADİSƏ

Xaçmaz rayonunda ər arvadını bıçaqlayıb.

“Report”un xəbərinə görə, 1995-ci il təvəllüdlü Emin Nəsir oğlu Mirzəyev həyat yoldaşı, rayonun Armudpadar kənd sakini 1997-ci il təvəllüdlü Aytən Nəbi qızı Mirzəyevaya mübahisə zamanı bir neçə bıçaq zərbəsi endirib. 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Yaralının yaxınlarının bildirdiyinə görə, hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti