“Bu qətnamə Parisin rəsmi mövqeyini əks etdirmir” - Fransa XİN-dən açıqlama

08:32 - 1 Dekabr 2022 - DÜNYA

“Fransa parlamenti palatasının Azərbaycana qarşı qətnaməsi Parisin rəsmi mövqeyini əks etdirmir”.

Ucnoqta.az “TASS”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

"Parlamentarilərin bu təşəbbüsü Fransa hökumətinin rəsmi mövqeyi deyil və tamamilə müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edilib" - XİN nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, Fransa hökumətinin mövqeyi hamıya məlumdur.
O, xarici işlər naziri Ketrin Kolonnanın “Fransa sülhə nail olmaq fürsətindən istifadə etmək üçün tərəfləri danışıqlarda irəliləməyə təşviq etməyə davam edəcək” ifadələrini xatırladıb.

Qeyd edək ki, Fransa parlamentinin aşağı palatası Azərbaycana qarşı sanksiya çağırışı edən qərəzli qətnamə qəbul edib.

Pünhan

Xəbər xətti