İran millisinin baş məşqçisi istefa verdi

19:14 - 30 Noyabr 2022 - İDMAN

ABŞ millisinə məğlub olan İran yığmasının baş məşqçisi Karluş Keyruş istefa verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə portuqaliyalı mütəxəssis sosial şəbəkə hesabında yazıb:

“Əziz dostlar, arzularınıza çatmaq üçün mübarizə apardığınız və əlinizdən gələni etdiyiniz müddətcə ona çatmamaq ayıb deyil. Mən sizinlə fəxr edirəm, meydanda və meydandan kənarda əla idiniz. Bu futbol ailəsinin bir hissəsi olmaq mənim üçün şərəf idi. Siz hörmətə layiqsiniz. Sizə xoşbəxtlik, uğurlar və cansağlığı arzulayıram. Təşəkkür edirəm".

Qeyd edək ki, İran millisi B qrupunda üçüncü yeri tutaraq Qətərdə keçirilən dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazana bilməyib.

Pünhan

Xəbər xətti