Şəkidə təmir işləri niyə yubanır? - İcra hakimiyyətindən açıqlama

17:31 - 30 Noyabr 2022 - ÖLKƏ İÇİ

Ötən gün Milli Məclisin iclasında deputat Vüqar İsgəndərov Şəkidə 12 ildir davam edən təmir işlərindən danışıb. Deputat bildirib ki, şəhər ərazisində ümumi uzunluğu 40 km, şəhərə giriş-çıxışı təmin edən 4 prospekt və 6 küçənin təcili surətdə əsaslı təmirinə ehtiyac yaranıb.

Şəki Şəhər İcra Hakimiyyətindən Ucnoqta.az-a bildirilib ki, bu problem Şəki şəhər sakinlərini də narahat edir. Lakin bu yerli büdcənin imkanı xaricindədir:

"Əsas məsələ şəhərdaxili yolların bərbad vəziyyətdə olmasıdır. Ümumi uzunluğu 258,2 kilometr olan şəhərdaxili yolların bütövlükdə təmiri yerli büdcənin imkanları xaricindədir".

Emin

Xəbər xətti