Rusiyada neft çənləri yanır

10:45 - 30 Noyabr 2022 - HADİSƏ

Rusiya Federasiyasının Bryansk vilayətində neft məhsulları olan çənlər yanır

Ucnoqta.az xəbər verir ki, rayon qubernatorunun sözlərinə görə, yanğın sahəsi 1800 kvm sahəni əhatə edir. Yanğınsöndürmə işlərinə 80-dən çox canlı qüvvə və 30 texnika, o cümlədən yanğınsöndürən qatar cəlb olunub. Yanğının səbəbi məlum deyil.

Emin

Xəbər xətti