Bakıda bəraət alan sabiq məmur oğlu ilə bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsində 2 milyonluq dələduzluqda ittiham edilən Xətai Rayon Polis İdarəsinin keçmiş əməliyyat müvəkkili Elvin Həşimlinin barəsindəki hökmdən verilən apellyasiya protestinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mirzəli Abbasovun sədrlik etdiyi prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya protesti isə təmin edilmədən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Həşimli barəsində bəraət hökmü çıxarılıb. Məhkəmənin qənaətinə görə, onun zərərçəkmiş qismində tanınan Möhkəm Səmədova qarşı dələduzluq etməsi ittihamı sübuta yetirilməyib.

Məhkəmədə keçirilən iclas zamanı məlum olub ki, E.Həşimli Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisinin oğlu, eyni zamanda, Xocalı Rayon İcra başçısının müavini Vahid Əliyevin kürəkənidir.

O, biznesmen M.Səmədova yalan vədlər verərək, 2,5 milyon manatı dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

Qeyd: E.Həşimli vaxtilə Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsində əməliyyatçı kimi çalışıb. Məlum əməli törətdikdən sonra daxili işlər orqanlarından xaric edilib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib.

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.

 

Tarix
30 Noyabr 2022 [10:29]
Müəllif
Üç nöqtə
2022-11-30 10:29:42
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin