“Baksol yolu”nun daha bir hissəsi təmir edilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi rayonun “Baksol yolu”nun daha 1 100 metrlik hissəsində təmir işlərini yekunlaşdırıb.

Ucnoqta.az xəbər verir ki, Agentliyin məlumatına görə, təmir işləri çərçivəsində 15 min kvadratmetrdən çox sahəyə yeni asfalt-beton örtüyü döşənib.

Sözügedən hissədə zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu, yeni səki daşlarının düzülməsi, köhnə asfalt örtüyünün frezlənməsi işləri aparılıb. Bundan başqa yeni piyada səkiləri inşa edilib, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib.

“Baksol yolu”nun 1 400 metrlik hissəsində də anoloji işlər aparılıb.

Bu il Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,06 kilometr təşkil edən küçə və yol təmir edilir.

Tarix
28 Noyabr 2022 [15:13]
Müəllif
Üç nöqtə
2022-11-28 15:13:13
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin