Rusiyanın Ukraynada itkiləri açıqlandı - SİYAHI

13:17 - 28 Noyabr 2022 - DÜNYA

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 87900 nəfər canlı qüvvəsi, 2908  tank, 5861 zirehli döyüş maşını, 1899 artilleriya sistemi, 395 reaktiv yaylım atəşi sistemi, 209 hava hücumundan müdafiə sistemi, 278 təyyarə, 261 helikopter, 1555 PUA, 531 qanadlı raket, 16 gəmi, 4412 avtomobil texnikası və avtosistern, 163 xüsusi texnikası məhv edilib.

Rus qoşunları ötən gün ən böyük itkisini Baxmut, Lyman və Avdiyivka istiqamətlərində verib.

Xəbər xətti