Ağcabədidə ağır qəza baş verib

12:02 - 28 Noyabr 2022 - HADİSƏ

Ağcabədidə baş verən qəza ölümlə nəticələnib.

Ucnoqta.az xəbər verir ki, noyabrın 27-də saat 03:00 radələrində Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində Masallı rayon sakini Mirsadiq Bəşirli idarə etdiyi “Daewoo” markalı avtomobili aşırıb. 

Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti