Azərbaycan əsilli futbolçu və onun ailəsi İranda təhdid olunub

İran millisinin Azərbaycan əsilli sabiq futbolçusu Əli Daeinin özü və ailəsi təhdid olunub.

"Report"un məlumatına görə, 53 yaşlı veteran hücumçu bu barədə şəxsi instaqram səhifəsində bildirib.

Keçmiş forvard saysız-hesabsız təhdidlər aldıqlarını vurğulayıb.

Daei bunların bəzi qurumlar, media və naməlum şəxslər tərəfindən həyata keçirildiyini yazıb.

Qeyd edək ki, Əli Daei İranda baş verən hadisələrdə etirazçılarla həmrəy olduğunu bildirib və bu səbəbdən onun pasportu əlindən alınıb. İran yığmasının əfsanəvi futbolçusu ölkədəki vəziyyətə görə Qətərdə keçirilən dünya çempionatına getmədiyini də açıqlamışdı.

Tarix
28 Noyabr 2022 [11:24]
Müəllif
Üç nöqtə
2022-11-28 11:24:49
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin