“Ay lələ!” - Britaniya səfirindən maraqlı paylaşım

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Gəncəyə səfər edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə məlumatı səfir öz rəsmi tviter hesabında paylaşıb.

“Ay lələ! İlk dəfə Gəncəyə gələndə Azərbaycana yeni gələn tələbə idim. İndi mən Britaniya səfiri və Azərbaycanın dostu kimi qayıdıram”, - deyə səfir qeyd edib.

Bununla yanaşı, səfir öz hesabında etdiyi digər paylaşımda ona Gəncədə Azərbaycan dilini öyrədən yerli müəllimlər ilə görüşdüyünü də bildirib:

“Hamınızın qadasın alım. Baxın kiminlə görüşdüm! Azərbaycanlı ailəm və müəllimlərim. Onların sayəsində mən Azərbaycan dilini öyrəndim və sevdim”.

Britaniyalı səfirin bu paylaşımları istifadəçilər tərəfindən maraqla qarşılanıb.///qafqazinfo

Tarix
28 Noyabr 2022 [10:31]
Müəllif
Üç nöqtə
2022-11-28 10:31:49
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin