Qətərdə təşkil olunan DÇ-2022-də qrup mərhələsinin 2-ci turunun oyunları davam edir.
Ucnoqta.az xəbər verir ki, F qrupunda Xorvatiya Kanada ilə qarşılaşıb. Oyun xorvatların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 2-ci dəqiqədə Kanada yığmasının oyunçusu Alfonso Deyvis açsa da qapılarında 4 qol görüblər.
Qeyd edək ki, hər iki görüşdə uduzan Kanada millisi pley-offa çıxmaq şansını itirib.
27 noyabr
F qrupu
20:00. Xorvatiya - Kanada - 4:1
Qollar: Alfonso Deyvis, 2 (0:1), Andrey Kramariç, 36 (1:1), Marko Livaya, 44 (2:1), Andrey Kramariç, 70 (3:1), Lovro Mayer, 90+4 (4:1)
Baş hakim: Andres Matonte (Uruqvay)
"Xəlifə" stadionu