Ronaldo koronavirusa yoluxub

20:01 - 24 Noyabr 2022 - Xəbər

Braziliya millisinin sabiq futbolçusu Ronaldo koronavirusa yoluxub.

"Report" "Globo" nəşrinə istinadən xəbər verir ki, veteran hücumçu bu səbəbdən yığmanın Qətərdəki dünya çempionatında bu gün Serbiyaya qarşı keçirəcəyi G qrupunun I tur oyununu stadiondan izləyə bilməyəcək.

Test nəticəsi müsbət çıxan əfsanəvi forvard qaldığı oteldə karantinə alınıb.

Qeyd edək ki, Ronaldo 1994 və 2002-ci dünya çempionatlarının qalibi olub.

Xəbər xətti