“Bu Dilçilik İnstitutu yerli-dibli ləğv olunmalıdır! Bu nə biyabırçılıqdır!”
Ucnoqta.az xəbər verir ki, bunu İctimai TV-nin aparıcısı Saleh Bağırov Dilçilik İnstitutunda “dovşan” sözünün tələffüzü ilə bağlı təkliflərin müzakirə olunması ilə bağlı sosial şəbəkə hesabında yazıb:
“İllərlə yazılışı və deyilişi eyni olan, qəbul olunmuş sözləri necə dəyişmək olar? Bunlar nə yeyir, nə içirlər, yuxuda nə görürlər, gəlib belə səviyyəsiz müzakirələr edirlər?
Orada toplaşan insanların böyük əksəriyyətinin dil qüsuru, ləhçəsi, dialekti var. Əvvəlcə bunu aradan qaldırsınlar, sonra başlasınlar “guya” dil düzəltməyə.
Həmişə demişəm, bu qurum Azərbaycan dilinin bir nömrəli düşmənidir və nöqtə!”