Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır - Noyabrın 26-dək...

17:07 - 23 Noyabr 2022 - Xəbər

Respublika əhəmiyyətli H.Z.Tağıyev-Sumqayıt avtomobil yolunda aparılan yenidənqurma işləri çərçivəsində nişanlanma xətlərinin çəkilişi, yol nişanlarının və yol təhlükəsizlik sədlərinin quraşdırılması işləri aparılır. Sadalanan işlər noyabr ayının 26-na qədər davam etdiriləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Məlumata görə, bu müddət ərzində sözügedən avtomobil yolunda işlərin aparıldığı hərəkət zolaqları üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırıla bilər. Bu üzdən sürücülərdən qeyd edilən tarixədək ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Xəbər xətti