Ucnoqta.az
www.ucnoqta.az

Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır - <font color=red><b>Noyabrın 26-dək...</b></font>

17:07 - 23 Noyabr 2022 tarixində dərc olunub.

Respublika əhəmiyyətli H.Z.Tağıyev-Sumqayıt avtomobil yolunda aparılan yenidənqurma işləri çərçivəsində nişanlanma xətlərinin çəkilişi, yol nişanlarının və yol təhlükəsizlik sədlərinin quraşdırılması işləri aparılır. Sadalanan işlər noyabr ayının 26-na qədər davam etdiriləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Məlumata görə, bu müddət ərzində sözügedən avtomobil yolunda işlərin aparıldığı hərəkət zolaqları üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırıla bilər. Bu üzdən sürücülərdən qeyd edilən tarixədək ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Müəllif: