KTMT Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edəcək

13:11 - 23 Noyabr 2022 - SİYASƏT

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət ayrıca müzakirə olunacaq.

Ucnoqta.az xəbər verir ki, bunu KTMT-nin baş katibinin müavini Valeri Semerikov bildirib.

"Bu gün bu vəziyyət nazirlər və dövlət başçıları səviyyəsində ayrıca məsələ kimi müzakirə olunacaq, gəlin nəticələri gözləyək", - Semerikov bildirib.

Onun sözlərinə görə, müvafiq irəliləyiş var, nazirlər səviyyəsində bəyanat veriləcək.

Qeyd edək ki, İrəvanda KTMT-nin sammiti keçirilir.

Pünhan

Xəbər xətti