Görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə anadan olub
Ucnoqta.az xəbər verir ki, Fikrət Əmirov əslən Şuşalıdır. Atası Məşədi Cəmil Əmirov bəstəkar və tarzən olub. Fikrət Əmirov kiçik yaşlarından atasının əsərlərinə qulaq asması onun gələcək musiqi həyatının formalaşmasına təsir edir.
1939-cu ildə ümumitəhsil məkətbi ilə yanaşı orta musiqi məktəbini də bitirərək Bakıya gələn Fikrət Əmirov konversatoriyaya daxil olur.
Fikrət Əmirov geniş və rəngarəng yaradıcılığa sahibdir. Musiqinin bir çox janrında əsərlər yaratmışdır.
“Sevil” operası, “Min bir gecə”, “Nəsimi dastanı”, “Nizami” baletləri, “Şur”, “Kürd Ovşarı”, “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamları, “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu”, Muğam-poema”sı Azərbaycan mədəni irsinin dəyərli nümunələridir.
“Ürəkaçanlar” və “Gözün aydın” operattaları səhnə musiqi sahəsindəki fəaliyyəti sırasında yazdığı ilk əsərlərdir. Bu sahədə yazdığı ən uğurlu əsərlərdən biri isə “Nizami” simfoniyası sayılır.
“Şur” və “Kürd ovşarı” simfonik muğamları 1948-ci ildə yazılıb.
Milli musiqi tarixində ilk lirik opera sayılan “Sevil” operası 1950-ci ildə yazılıb.
Bəstəkarın yaradıcılığında eyni zamanda vokal janrına dair əsərlər görmək mümkündür. 1970-ci illərə “Nəsimi” vokal xoreoqrafik poemasını, simfonik orkest üçün “ Azərbaycan qravürləri”, “Gülüstan-Bayatıö Şiraz” simfonik muğamını və “min bir gecə” nağılları əsasında eyniadlı baletini yazır.
Fikrət Əmirov 1984-cü il fevralın 20-də Bakıda vəfat edib. Bəstəkar Fəxri Xiyabanda dəfn edilib.
15 mart 2022-ci ildə Prezident İlham Əliyev Fikrət Əmirovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan görkəmli bəstəkarın 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb