Bu, neftin qiymət artımına səbəb olub
Ucnoqta.az xəbər verir ki, dünya bazarında neftin qiymətləri dolların zəifləməsi fonunda yüksəlib. Brent markalı neftin fyuçersləri 44 sent və ya 0,5 faiz artaraq bir barel üçün 87,89 dollar olub. ABŞ-ın West Texas Intermediate (WTI) markalı neftinin bir bareli 30 sent və ya 0,4 faiz artaraq 80,34 dollara yüksəlib.
Bununla belə qiymət artımı ilə bağlı hələ də narahatlıqlar var. Bu ilk növbədə qlobal tənəzzül və Çində COVID-19 hallarının sayının artması ilə bağlıdır. Nəticədə dünyanın ən böyük xam neft idxalçısı olan Çində yanacağa tələbat azalır ki, bu da qiymətə təsir edir.
Qeyd edək ki, bir gün əvvəl neftin bir barrelinin qiyməti dünya bazarlarında 5 dollar ucuzlaşmışdı. Bu da son 10 ayda ən aşağı göstərici idi. Səbəb isə 4 dekabrda OPEK-in iclasında Wall Street Journal (WSJ) markalı neftin hasilatının sutkada 500 000 barelə qədər artırılmasının nəzərdən keçiriləcəyi xəbəri idi.
Lakin bu xəbəri Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman təkzib edib və bildirib ki, OPEC neft istehsalçıları ilə neft hasilatının potensial artımını müzakirə etmir və krallıq hasilatı azaltmaqda davam edir Bundan sonra qiymətlər artıb.