Qazaxıstan Azərbaycan ərazisindən neft nəql edəcək operatorun seçilməsi üzərində işləyir.
Ucnoqta.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə “KazMunayQaz”ın İdarə Heyəti sədrinin iqtisadiyyat və maliyyə üzrə müavini Dauren Karabayev məlumat verib.
Onun sözlərinə görə, hazırda danışıqlar uğurla davam etdirilir. Eyni zamanda, “KazMunayQaz” və SOCAR arasında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 1,5 milyon ton neftin nəqlinə dair beş il müddətinə müqavilə imzalanıb.
"İndi biz gələn ildən Qazaxıstanın hansı neft şirkətlərinin bu həcmləri daşıyacağı üzərində işləyirik. Gələcəkdə həcmlərin artacağını gözləyirik. Çünki bunda təkcə biz deyil, Azərbaycan da maraqlıdır", - D. Karabayev qeyd edib.