Qılıncoynadanımız Boqarıstanda keçirilən turnirində qızıl medal qazanıb

14:05 - 21 Noyabr 2022 - Xəbər

Qılıncoynatmanın sablya növü üzrə yeniyetmələrdən ibarət milli komandamızın üzvü Zərifə Hüseynova Boqarıstanın Sofiya şəhərində keçirilən "Etropolski" turnirində qızıl medal qazanıb.

Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, qrupda keçirdiyi 6 görüşü mütləq nəticə ilə başa Z.Hüseynova finala gedən yolda Böyük Britaniya, Macarıstan, Yunanıstan, Türkiyə və Polşanı təmsil edən rəqiblərinə qalib gələrək finala yüksəlib.

Həlledici görüşdə Bolqarıstan sablyaçısı Mariela Georgievanı 15:11 hesabı ilə məğlub edərək 23 ölkədən 213 iştirakçı arasında keçirilən turnirin qalibi adını qazanıb.

Xəbər xətti