XİN Qarakənd faciəsinin ildönümü ilə bağlı paylaşım edib
18:34 - 20 Noyabr 2022 - SİYASƏT
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının növbəti ildönümü ilə bağlı paylaşım edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə XİN-in tviter hesabında yazılıb.
“Bu gün Qarakənd kəndində baş vermiş faciənin 31-ci ildönümüdür. Erməni silahlı dəstələri tərəfindən 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurulmuş helikopterdə Azərbaycanın görkəmli dövlət xadimləri, hökumət üzvləri, deputatlar və jurnalistlər də daxil olmaqla 22 nəfər həlak olub”, - paylaşımda deyilir.