Azərbaycana qarşı olan qətnamənin əleyhinə səs verən yeganə senator kimdir?

22:41 - 15 Noyabr 2022 - SİYASƏT

Xəbər verdiyimiz kimi Fransa Senatında Azərbaycan əleyhinə olan qətnamə qəbul edilib. İclasda iştirak edən 296 nəfərdən 295-i layihənin lehinə, 1 nəfər əleyhinə səs verib.

Ucnoqta.az xəbər verir ki, qətnamənin əleyhinə səs verən yeganə senator Natali Qule olub.

Bununla da o, Azərbaycanınn haqlı mövqeyini bir daha dəstəkləyib.

Qeyd edək ki, Natali Qule Fransa Parlamentində Konstitusiya hüququ, qanunvericilik, ümumi seçki hüququ və ümumi dövlət idarəçiliyi qaydaları üzrə Komissiyanın sədr müavini, habelə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür.

Xəbər xətti