Azərbaycan və Ermənistanın XİN başçıları ABŞ-da görüşəcək

16:31 - 3 Noyabr 2022 - SİYASƏT

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ABŞ-da görüşəcək. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parlamentdə çıxışı zamanı bildirib.

O, bir neçə gündən sonra Vaşinqtona gedəcəyini qeyd edib: "Mənimlə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş olacaq". 

Xəbər xətti