Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla telefon danışığı aparıb.
Ucnoqta.az xəbər verir ki, İran İslam Respublikası və Azərbaycan Respublikasının xarici işlər nazirləri ikitərəfli münasibətlərdəki son hadisələr və gələcək üçün parlaq perspektivlər barədə fikir mübadiləsi aparıblar.