"Vətənpərvərlik üçün hər bir Azərbaycan vətəndaşının haqqı var. Biz qan tökərək bu torpaqlara qayıtmışıq".
Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilanda Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi ilə görüşündə deyib.
"Bizim qəhrəman şəhidlərimiz öz canlarını fəda ediblər ki, siz və sizin kimi 100 minlərlə azərbaycanlı öz dədə-baba torpağına qayıtsın. Sabah da Zəngilan şəhərinin azad olunmasının 2-ci ildönümüdür. Zaman tez keçir. Burada böyük quruculuq işləri görülür", - dövlət başçısı vurğulayıb.