İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan dövlətini və xalqını təbrik edib
Ucnoqta.az xəbər verir ki, Corc Dik öz rəsmi tviter hesabında yazıb:
“Müstəqilliyin Bərpası Günün mübarək, Azərbaycan! Ölkələrimiz arasında sıx dostluğun və əməkdaşlığın dərinləşməsinin 30 illiyi qeyd edildiyi bir zamanda, biz region üçün dinc, firavan və ümidli gələcək axtarışında azərbaycanlı dostlarımızın yanındayıq”, - deyə səfir paylaşımında qeyd edib.