Şuşada gələn ilin sonundan sakinlərin köçürülməsinə başlanacaq

19:49 - 6 Oktyabr 2022 - ÖLKƏ İÇİ

Şuşaya 2023-cü ilin sonundan etibarən sakinlərin köçürülməsinə başlanacaq və ilkin olaraq 2500 sakinin geri dönməsi planlaşdırılır.


"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.

"Əhalinin qayıdışına hazır olmalıyıq. Gələn ildən biz sosial və turizm sektorunda məşğulluq üçün çalışacağıq. Şuşanın iqtisadi cəhətdən xüsusi profili var. Şuşada əsas məqsədimiz turizmdir".

Xəbər xətti