Aİ Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini təsdiqlədi

Avropa İttifaqı (Aİ) neftin tavan qiyməti də daxil olmaqla, Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini təsdiqləyib.

Bu barədə Avropa Komissiyasından bildirilib.

Aİ yeddi milyard avro dəyərində Rusiya mallarının idxalına qadağa qoyub.

Rusiyadan kömür, silahlar üçün elektron komponentlər, aviasiya üçün texniki məhsullar və kimyəvi maddələrin ixracı qadağan edilib.

Paketdə həmçinin İttifaq ölkələrinin vətəndaşlarına Rusiya Federasiyasının dövlət müəssisələrinin rəhbər orqanlarında vəzifə tutmaq qadağan olunub.

Tarix
6 Oktyabr 2022 [14:16]
Müəllif
Üç nöqtə
2022-10-06 14:16:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin