Atəşkəsdən sonra 34 nəfər minaya düşərək həlak olub

10.11.2020-ci il tarixdə Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında imzalanmış üçtərəfli bəyanatdan sonra mina və digər qurğuların partlaması nəticəsində 34 nəfər qəsdən öldürülüb, 73 nəfəri isə mina və digər qurğuların partlaması nəticəsində, 1 nəfəri isə odlu silahdan açılmış atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baş prokurorun böyük köməkçisi İlqar Səfərov "Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair" Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə deyib.

O bildirib ki, qeyd edilən cinayət işlərin üzrə 35 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində axtarış elan edilib. Həmin 35 təqsirləndirilən şəxsdən 12-si Rusiya Federasiyasının, 17-si Ermənistan Respublikasının, 5-i Fransa Respublikasının, 1-i isə Gürcüstanın vətəndaşlarıdır:

“Həmin cinayət işlərindən 7 cinayət işi üzrə 151 (onlardan 133 şəxs VoMA siyahısı üzrə) şəxs barəsində 23 ölkəyə 36 beynəlxalq hüquqi yardım göstərilməsi haqqında vəsatət göndərilib.

44 gün davam edən vətən müharibəsi dövründə 6 hərbçi itkin düşüb, 27 sentyabr 2020-ci il tarixdən 2022-ci ilin sentyabr ayına qədər əsir götürülmüş 164 şəxs və 1713 meyit erməni tərəfinə təhvil verilib”.///apa

Tarix
6 Oktyabr 2022 [12:16]
Müəllif
Üç nöqtə
2022-10-06 12:16:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin