FHN əməliyyat görüntüləri yaydı - Video

12:04 - 6 Oktyabr 2022 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında ötən sutka ərzində 27 yanğına çıxış və iki halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-dən verilən məlumata görə, təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla iki nəfər xilas edilib.

Xəbər xətti