Qatarda sərnişinin halı pisləşdi - Havalandırmanın işləməməsi etirazlara səbəb olub - FOTO

09:17 - 6 Oktyabr 2022 - HADİSƏ

Sumqayıt-Xırdalan-Bakı qatarında sərnişinin halı pisləşib.

Sərnişinin halının pisləşməsinə səbəb qatardakı sıxlıq və kondisionerlərin işləməməsi olub.

Sərnişinlər sıxlığa və qatarların gecikməsinə etiraz olaraq Bakı Dəmiryolu Vağzalının stansiya rəisinə etiraz ediblər.

Qeyd edək ki, bir müddət öncə 07:45 intervalı ilə hərəkət edən Sumqayıt-Xırdalan-Bakı qatarının ləğv edilməsi bu istiqamətdə sıxlığın artmasına səbəb olub.///apa

Xəbər xətti