Xırdalanda yaşayış binasında yanğın olub

21:51 - 5 Oktyabr 2022 - HADİSƏ

Abşeron rayonunda yanğın baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, rayonunun Xırdalan şəhərində altımərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 20 ədəd elektrik sayğacı yanıb.

Digər sayğaclar və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Xəbər xətti