“Azərbaycan xalqı öz kökünə, öz doğma torpağına çox bağlıdır” - Prezident

Məcburi köçkünlər arasında onların işğaldan azad edilmiş ərazilərə geri qayıtması ilə bağlı keçirilən sorğu azərbaycanlıların öz doğma torpaqlarına və öz köklərinə bağlılığını göstərdi.

Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.

Dövlət başçısı fəxrlə və əminliklə bildirib ki, azad edilmiş ərazilərə sadəcə vaxtilə burada yaşayanlar geri qayıtmayacaq, həmçinin onların övladları, onların nəvələri də qayıdacaq:

“Artıq bu sentyabrda Zəngilanda məktəb açıldı və gənc zəngilanlılar təhsil alırlar. Onlar bu torpağı heç vaxt görməyiblər, çünki onlar işğaldan sonra doğulublar. Amma bu göstərir ki, Azərbaycan xalqı öz kökünə, öz doğma torpağına çox bağlıdır. Həqiqətən də bu bir növ milli qürurdur ki, mənzil layihəmizin miqyasını müəyyənləşdirmək məqsədilə məcburi köçkünlər arasında onlar geri qayıdacaqlarmı, yoxsa yox sualı ilə aparılan sorğuya mütləq əksəriyyət geri qayıtmaq istədiyi cavabını verib, hətta bu torpaqları heç vaxt görməyənlər də. Beləliklə, bu, əlbəttə bizim cəmiyyətimizdə çox xüsusi mühit yaradır. Milli qürur hissi, qələbə hissi, ədalətin bərpası hissi, insanların ləyaqətinin bərpası hissi - bu hisslər hər hansısa tərəzi ilə ölçülə bilməz. Bunu yalnız hiss edə bilərsən. Biz bunu hiss edirik və buna görə xoşbəxtik”.///apa

Tarix
5 Oktyabr 2022 [13:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-10-05 13:46:42
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin