"Rəhimin 2 milyonluq evi var" - Vasif Məhərrəmli - VİDEO

ARB telekanalında yayımlanan "Elgizlə izlə" proqramında gərgin anlar yaşanıb. 

Ucnoqta.az xəbər verir ki, veriliş zamanı mərhum müğənni Rəhim Rəhimlinin ölümündən sonra yayılan görüntüləri və həkiminin onun haqqında dedikləri müzakirə edilib.

Canlı efirə zəng edən Əməkdar artist Vasif Məhərrəmli həmkarının pulsuzluqdan müalicə olunmadığı haqda fikirlərlə razılaşmadığını bildirib. O, Rəhimin görüntülərindən də danışıb. Sənətçi həmin videonu Rəhimi istədiyindən paylaşdığını deyib. Bu zaman verilişin aparıcısı Pərvanə Tahirqızı sənətçiyə etiraz edib. Onlar arasında gərginlik yaşanıb. Pərvanə ifaçının ürəkağrıdan görüntülərinin yayılmasının yanlış olduğunu bildirib.

"Camaat yazır ki, Rəhimə heç kim kömək etmədi. Siz bilmirsiniz, amma Rəhim özü hamıya köməklik edirdi. Nə olmuşdu ki Rəhimə? Bir mövsümün on toyunda çıxış edirdimsə, onun doqquzunda Rəhim də iştirak edirdi. Rəhim yarım saatlıq çıxışı üçün 3500 manat qonorar alırdı.

"Bir gündə üç dəfə toya gedirdi. Elə olurdu ki, günə 10 min manat qazanırdı. Rəhim ac-yalavac idi ki? Rəhimin mərkəzdəki evinin 2 milyon qiyməti var. Yeni tikilən binalardan birində təmirli evi var idi, köçməyə hazırlaşırdı. Rəhim onun-bunun cibinə pul qoyurdu, kömək edirdi.

Rəhimin qardaşı Anarın və anasının da kifayət qədər pulları və imkanları var. Xahiş edirəm, bu söz-söhbətləri yığışdırsınlar. Rəhim tələbatlı müğənni idi, "Porsche" markalı maşını vardı. Xəsislik etmirdi, cibindən xərcləyib, rəqqaslar gətirirdi ki, şou yarada bilsin. Lazım olsaydı, 10 ailə də saxlayardı. O görüntüləri isə bəzi söz-söhbətləri yığışdırmaq üçün paylaşdım", - deyə Məhərrəmli qeyd edib.////baku.ws

Tarix
5 Oktyabr 2022 [11:02]
Müəllif
Üç nöqtə
2022-10-05 11:02:11
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin