"Ərzaq ƏDV-sinin ləğvindən onlar daha çox qazanacaq" - Ekspert

"Natiq Cəfərli ərzaq məhsullarında ƏDV-nin 18%-dən 2%-ə endirilməsini təklif edəndə bir çox rəsmi şəxslər bunun büdcə daxil olmalarına ciddi mənfi təsir edəcəyini səbəb göstərərək təklifin əlehinə çıxırdılar. Məsələ o qədər ictimailəşdi ki, artıq bəzi rəsmi şəxslər də bu təklifi səsləndirməyə başladı".

Bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, nə əvvəl, nə də indi tərəflərdən heç birinin dediyi ilə razılaşmayıb:

"Hər iki tərəfin təklifinin mənfi nəticəsi olacağına əminəm. Buna görə daha effektiv olan variant təklif edərdim. Yəni, büdcəyə daxil olma azalacaq deyə, dəstəyə ehtiyacı olanları dəstəksiz buraxmaq olmaz. Amma eyni zamanda ƏDV-nin ləğvi və ya 2%-ə endirilməsilə uzunmüddətli dəstəyin təmin olunacağına bel bağlamaq olmaz. Ona görə ki, ərzaq ƏDV-sinin ləğvindən imkanlı şəxslər aztəminatlı ailələrdən 10 dəfə çox qazanacaqlar. Ayda ərzağa 200 manat pul xərcləyən şəxs 36 manat (18%) qabağa düşəcəksə, bir ayda 1000 manat xərcləyəndə bu rəqəm 180 manat olacaq. ƏDV-nin ləğvinə görə büdcəyə daxil olmayacaq vəsaitlərdən imkanlı ailələr daha çox faydalanacaq. Ona görə də ƏDV-ni ləğv etmək əvəzinə ƏDV-dən daxil olan həmin 100 manatın 50 manatını büdcəyə daxil etmək, digər 50 manatını isə aztəminatlı ailələrə yönəltmək olar. Belə olanda, həm aztəminatlı insanlar əvvəlkindən daha çox dəstək alır, həm də büdcə yararlanmış olur". 

Ekspertin sözlərinə görə, vacib məsələlərdən biri ƏDV-dən azad edilmiş məhsulların 2-3 ay sonra yenidən bahalaşdırılmaq ehtimalıdır: "Yəni, 11 manat 80 qəpiklik bitki yağı ƏDV-dən azad edilib 10 manat olsa, inhisarçılar qısa zamanda onun qiymətini 2-3 aya qəpik-qəpik qaldırıb ƏDV-li qiymətə çatdıracaqlar. Bu, çatışmazlığın hamısı deyil. Bir il sonra ƏDV-nin bərpa olunması qərarı veriləndə, qalxmış qiymətə 18% əlavə olunanda, real ifadədə 36% ƏDV effekti yaranacaq. Odur ki, ƏDV-ni ləğv etmək yox, ondan əldə edilmiş vəsaitin yarısını dəstəyə ehtiyacı olan ailələlərə yönəltmək üçün bir mexanizm hazırlanmalıdır".///unikal

Tarix
5 Oktyabr 2022 [10:31]
Müəllif
Üç nöqtə
2022-10-05 10:31:46
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin