UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan Fransa "Nant"ı Liqa 1-in IX turunda səfərdə "Monako"ya böyük hesabla uduzub.
Ucnoqta.az xəbər verir ki, "Lui II" stadionunda oynanılan qarşılaşma qonaqların 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Meydan sahiblərindən 2-ci dəqiqədə Brel Embolo, 6, 28 və 62-ci dəqiqələrdə Vissam Ben-Yedder fərqlənib. Antuan Kambuarenin baş məşqçi olduğu kollektivin yeganə qolunu isə 79-cu dəqiqədə Kayo Enrike öz qapısından keçirib.
Bu nəticədən sonra xallarını 17-yə çatdıran "Monako" 5-ci pilləyə yüksəlib. 7 xalı olan Nant şəhərinin eyniadlı təmsilçisi isə 16-cı sırada qalıb.
Qeyd edək ki, "Qarabağ" "Nant"la Bakıdakı oyunda 3:0 hesablı qələbə qazanıb. Komandalar arasında V tur oyunu oktyabrın 27-də Fransada olacaq.