Türkiyədə zəlzələ olub

15:30 - 2 Oktyabr 2022 - HADİSƏ

Türkiyənin Muğla şəhərində 4,8 bal gücündə zəlzələ olub.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkan şəhərin Köyceğiz bölgəsində baş verib. Zəlzələnin ocağı 8,11 km dərinlikdə qeydə alınıb.

Dağıntı və itkilər barədə məlumat verilməyib.///report

Xəbər xətti