Futbol stadionunda KÜTLƏVİ DAVA: 127 nəfər ölüb - VİDEO

10:00 - 2 Oktyabr 2022 - HADİSƏ

İndoneziyanın Malanq şəhərində stadionda baş verən iğtişaşlar nəticəsində azı 127 nəfər ölüb.

Ölənlər arasında iki polis əməkdaşı da var.
Qeyd olunub ki, iğtişaşlar “Arema” və “Persebaya” futbol komandaları arasında keçirilən oyundan sonra başlayıb.

Polis əməkdaşlarının fanatlara qarşı gözyaşardıcı qazdan istifadə etməsi çaxnaşma və izdihama səbəb olub.
Vurğulanıb ki, Kanjuruhan stadionunda baş verən iğtişaşlarda 180 nəfər yaralanıb. Onlar xəstəxanalara yerləşdiriliblər.


​///oxu.az

Xəbər xətti