Erməni hərbçi əsgər yoldaşını Azərbaycan hərbçisi zənn edərək güllələdi

20:13 - 1 Oktyabr 2022 - Xəbər

Sentyabrın 30-da döyüş postunda olan erməni hərbçi ayaq səsləri eşidib və gələnin Azərbaycan hərbçisi olduğunu zənn edərək avtomatdan atəş açıb.

Ucnoqta.az erməni mediasına istinadən xəbər verir ki, nəticədə o, öz hərbçi yoldaşı Qraçya Kərəmyanı güllələyərək qətlə yetirib.

Faktla bağlı cinayət işi başladılıb. 

Xəbər xətti