Xarici İşlər Nazirliyi Anım Günü ilə bağlı paylaşım edib

23:51 - 26 Sentyabr 2022 - Cəmiyyət

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tviter hesabında 27 sentyabr Anım Günü ilə bağlı paylaşım edib.

Ucnoqta.az xəbər verir ki, paylaşımda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.

"27 sentyabr - Anım Günündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət, ehtiram və qürurla yad edirik", - paylaşımda qeyd olunub.

Xəbər xətti