Göygöldə evdə partlayış olub, xəsarət alan var

09:17 - 26 Sentyabr 2022 - HADİSƏ

Göygöldə partlayışla nəticələnən yanğın olub.

APA-nın məlumatına görə, hadisə rayonun Toğanalı kəndində qeydə alınıb.

Hadisə nəticəsində 1948-ci il təvəllüdlü Taryel Hüseynov bədənin çox hissəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə tibbi yardım göstərilib,vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti