Bakıda qəssab dükanda bıçaqlandı

07:47 - 23 Sentyabr 2022 - HADİSƏ

Bakının Binəqədi rayonunda qəssab naməlum şəraitdə bıçaq xəsarətləri alıb. Ucnoqta.az xəbər verir ki, hadisə Hökməli qəsəbəsində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü Abbasov Vasif Abbas oğlu işlətdiyi ət dükanında naməlum şəraitdə qarnın ön divarından bıçaq xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb. Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Xəbər xətti