Ana səhifə Mobil versiya
26 Sentyabr 2022

Narkotiki bankalara yığıb evdə gizlədən şəxs saxlanıldı - FOTO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılaraq məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, şəhər sakini Nazim Tağıyevin yaşadığı evdə narkotik vasitə gizlətməsi barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olub.

Həmin ünvan dərhal nəzarətə götürülüb və keçirilmiş tədbir nəticəsində o, tutularaq istintaqa təhvil verilib.

N.Tağıyevin evinə baxış keçirilən zaman satış məqsədilə şüşə qablara yığaraq saxladığı 1 kiloqram 800 qrama yaxın marixuana və narkotik tərkibli bitkinin toxumları, eləcə də həyətyanı sahədən ümumi çəkisi 8 kiloqram olan çətənə bitkiləri aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Tarix
22 Sentyabr 2022 [16:13]
Müəllif
Üç nöqtə
2022-09-22 16:13:46
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin