Ermənistandan növbəti TƏXRİBAT: Diversiya qrupu basqına cəhd etdi

12:13 - 22 Sentyabr 2022 - Xəbər

Ermənistan silahlı qüvvələrinin diversiya qrupu Kəlbəcər istiqamətində dərə boşluqlarını minalamaqla bölmələrimizə basqın etməyə cəhd göstərib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəf geri çəkilməyə məcbur edilib.

Xəbər xətti