Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev və onun ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar müsadirə olunub.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə bu gün keçirilən iclasda elan olunmuş hökmdə qeyd olunub. Üzərinə həbs qoyulmuş əmlakların dövlət nəfinə müsadirə olunacağı bildirilib.
Hökmə əsasən, Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi barədə Prezidentə təqdimat göndəriləcək.